Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

işlədilmək [işdədilməx'] feil

1. İstifadə edilmək, tətbiq edilmək, hərəkətə gətirilmək, işə salınmaq. □ Cihazların işlədilmək qaydası.
2. Danışıqda, yazıda istifadə edilmək. □ Əsərdə çoxlu ərəb-fars sözləri işlədilmişdir.
3. Sərf edilmək, istehlak edilmək. □ Kağızın hamısı işlədilmişdir.
4. İşləməyə məcbur edilmək, yaxud bir işdə istifadə edilmək, iş gördürülmək. □ İxtisası üzrə işlədilmək.

Azərbaycan dilinin izahlı lüğəti