Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

işarə [işa:rə] isim ərəb

1. Əlamət, nişanə, iz. □ ..bir işarə də tapa bilmərik ki, arvadlarımızın hüququ kişilər tərəfindən pozulmuş ola. (C.Məmmədquluzadə).
2. Rəmz, emblem. □ Oraq kəndliyə, çəkic də fəhləyə işarədir. (S.Rəhimov).
3. Bir şeyi qaş-göz, əl, barmaq və s. ilə göstərmə, anlatma, bildirmə, him-cim. □ Arifə bir işarə kifayətdir. (Atalar sözü).
4. Siqnal, xəbərdarlıq. □ Şübhəsiz ki, mən Qızıl Arslanın bir işarəsindən asılıyam. (M.S.Ordubadi).
5. Kinayə, eyham. □ İşarə ilə bildirmək.

See also:

frazeologizm: arifə bir işarə frazeologizm: işarə vurmaq jurnalistika: korrektə işarələri coğrafiya: miqyassız şərti işarələr coğrafiya: şərti işarələr Azərbaycan dilinin izahlı lüğəti