Reklam
Reklam

Tarix terminləri lüğəti

hindular

Amerikanın yerli əhalisinin (eskimos və aleutlar istisna olmaqla) ümumi adı.

İspan səyyahı X.Kolumb və digər Avropa dənizçiləri XV əsrdə kəşf etdikləri yeni torpaqların Hindistan olduğunu güman ediblər və bu ad həmin səhv nəticəsində yaranıb. Antropoloji tipinə görə H. monqoloid irqinin Amerika qoluna aid edilirlər. Onların əcdadlarının 20–30 min il əvvəl Şimal-Şərqi Asiyadan Berinq boğazı vasitəsilə Amerikaya köçdükləri müəyyənləşdirilib. Avropalıların Amerikaya gəlişinə kimi H.-ın əksəriyyəti (asteklər, inklərmayyalardan başqa) ibtidai icma quruluşu şəraitində yaşayıb.

Tarix terminləri lüğəti