1. Coğrafiya. Yer atmosferini əmələ gətirən qazların, başlıca olaraq azotla oksigenin qarışığı. □ Şara hava doldurmaq.
2. Coğrafiya. Hər hansı bir yerdə müəyyən vaxtda atmosferin vəziyyəti (buludluluq, rütubət, yağıntı, hərarət və s.). □ Yağmurlu hava. Havanın dəyişməsi. Payız havası.
3. Yeri əhatə edən boşluq, ənginlik; fəza. □ Quşlar havada uçur. Təyyarə havaya qalxdı.
4. Bir yerin sağlamlıq baxımından vəziyyəti, keyfiyyəti. □ Dağ havası. Sağlam hava.
Musiqi. Səslərin müəyyən musiqi vəhdəti əmələ gətirən ardıcıllığı; musiqi ahəngi, melodiya. □ Oyun havası. El havaları.
Həmçinin bax: