Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

havanın nisbi rütubətliliyi

Havadakı faktik su buxarı miqdarının eyni həcmdə və temperaturda olan havanın rütubətlə doyması üçün tələb edilən su buxarı miqdarına nisbəti.

H.N.R. faizlə hesablanır, havanın rütubətlə tam doyma səviyyəsinə (100%) nə qədər yaxın olduğunu göstərir. Əgər H.N.R. göstəricisi 50%-dirsə, deməli, su buxarı havanı yarıya qədər doydurmuşdur, 0%-ə bərabərdirsə, deməli, hava tamamilə qurudur. H.N.R. temperaturla tərs mütənasibdir: havanın temperaturu artdıqca nisbi rütubətlilik azalır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti