1. İki və ya bir çox şeydən birini müəyyənləşdirəcək cavab almaq üçün sual kimi işlənir. □ Mən aşiq, kimə gedim; Dərmana kimə gedim; Yar oxladı qəlbimi; Hansı həkimə gedim? (Bayatı).
2. Ayırıcı, müəyyənləşdirici sual kimi işlənir. □ Hansı böyükdür, hansı kiçik?
3. Bir şəxsin, ya şeyin keyfiyyəti, xüsusiyyəti, xassəsi haqqında sual bildirir. □ Hansı məziyyətinə görə onu bu qədər xoşlayırlar?
4. Bir şeyin əmələgəlmə vaxtı, ardıcıllığı haqqında sual kimi işlənir. □ Yer-yemişin yedim mən; Ürək sözüm dedim mən; İndi hansı zamandı; Çalsaqqala gedim mən?! (Bayatı).
5. “Hər bir”, “hər hansı”, “hər hansı bir” mənasında işlənir; həmçinin inkar cümlələrdə. □ Hansı adamı dindirsəniz, eyni cavabı eşidəcəksiniz.
6. Qeyri-müəyyənlik bildirir. □ Bilmirəm, hansı ağzıgöyçək deyib ki, “insan əşrəfi-məxluqatdır”? (M.Hüseyn).
See also: