Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

geopolitika

yun. geo – Yer + yun. politike – dövlət əhəmiyyətli işlər

Beynəlxalq münasibətlərin və ölkələrin xarici siyasətinin formalaşmasına coğrafi faktorların həlledici təsir göstərdiyini bəyan edən konsepsiya.

G. həm də siyasət elminin coğrafiya ilə həmsərhəd xüsusi sahəsidir. G. konsepsiyasına görə, müəyyən strateji əhəmiyyətə, mühüm təbii resurslara malik coğrafi ərazidə yerləşən dövlətlər üzərində nəzarət bütün dünyada hökmran mövqe qazanmağın ilkin şərtlərindəndir. Termini elmə 1899-cu ildə alman coğrafiyaşünası Fridrix Ratzelin “Siyasi coğrafiya” əsərindən bəhrələnmiş İsveç politoloqu Rudolf Çellen daxil edib. Onlarla yanaşı, britaniyalı coğrafiyaşünas Halford Makkinder, amerikalı alimlər Alfred Mahan və Nikolas Spikman, alman tədqiqatçısı Karl Haushofer də G. elminin yaradıcıları hesab olunurlar. Fövqəldövlət, soyuq müharibə, hərbi-strateji paritet, regional qüvvə, qloballaşma, çoxqütblü dünya kimi siyasi anlayışlar və hadisələr məhz XX əsrin ikinci yarısından etibarən dünyada gedən geopolitik proseslərlə bağlıdır.

Coğrafiya terminləri lüğəti