1. Aşağı təbəqədən olan; nökər.
2. Məcazi mənada: görməmiş.
3. Fəqir, yazıq, binəva. (“Koroğlu” dastanının lüğəti)
Al Koroğlu sədasını,
Keç dəryalar adasını,
Paşasını, gədasını
Bir-birinə qat, Eyvazım!
(“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
*
Mən aşığam, küsən ər,
Ağac bara küsənər.
Kimə şikayət eylər
Bir gədadan küsən yar?
(“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası