Reklam
Reklam

Tarix terminləri lüğəti

franklar

lat. Franci

Eramızın əvvəllərində Reyn çayının orta və aşağı axarlarında yaşamış qərbi german tayfaları qrupu.

F. termininin etimologiyası bu günə kimi tarixçilər arasında mübahisə doğurur. Bəziləri onun “gəzib-dolaşan”, digərləri – “igid”, üçüncülər – “məğrur”, dördüncülər – “vəhşi” anlamı verdiyini göstərirlər. Saliça (lat. salis – dəniz sahili) və ripuar (lat. ripa – çay kənarı) tayfalarından ibarət olan F. V əsrin əvvəlində Qalliyanı işğal edərək Frank dövləti (V-IX əsrlər) yaradıblar. Sonralar F. tədricən öz etnik özəlliklərini itiriblər və hollandların, flamandların, fransızların, vallonların, digər Avropa xalqlarının etnogenezində iştirak ediblər.

Tarix terminləri lüğəti