lat. concretio – qatılaşma, bitişmə, sıxlaşma
Çökmə süxurlarda və ya müasir dəniz çöküntülərinin daxilində yerləşən mineral aqreqatı.
Əsasən, kürə, bəzən ellipsoid, diskşəkilli və s. formalarda rast gəlir. Quruluşuna görə radial-şüavi, konsentrik-laylı və s. olur. Əsasən, süxurlarda səpinti mineral maddələrin kristallaşmasından, bəzən də süxur daxilindəki boşluqlara mineral məhlulların dolmasından əmələ gəlir. K.-nın ölçüsü bir neçə mm-dən bir neçə m-dək ola bilir. Müxtəlif geoloji sistemlərin, həmçinin göl, dəniz və okeanların müasir çöküntülərində tapılır.
Coğrafiya terminləri lüğəti