Folkloru (şifahi xalq yaradıcılığını) öyrənən elm sahəsi.
Xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olan folklorşünaslığı ədəbiyyatşünaslıq və musiqişünaslıq elmlərinin ortaq sahəsi hesab etmək olar. Folklorşünaslıqda xalq yaradıcılığının (şifahi ədəbiyyat, musiqi, rəqs folkloru və s.) spesifikası, ayrı-ayrı tarixi inkişaf mərhələləri, milli özünəməxsusluğu, folklorun yazılı ədəbiyyat, musiqi, rəqs və s. incəsənət sahələri, başqa xalqların folkloru ilə qarşılıqlı əlaqələri və s. problemlər araşdırılır. Avropada xalq yaradıcılığına elmi maraq XVIII əsrdən başlayıb. XX əsrdə Azərbaycan folklorşünaslığının inkişafında Firidun bəy Köçərli, Salman Mümtaz, Vəli Xuluflu, Hənəfi Zeynallı, Həmid Araslı, Məhəmməd Hüseyn Təhmasib, Azad Nəbiyev və b.-nın böyük rolu olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti