yun. epi – üstündə, üzərində + grapho – yazıram, təsvir edirəm
Bərk materiallar (daş, metal, ağac, sümük və s.) üzərində, əsasən, qədim və orta əsrlərə aid yazıların toplanması, nəşri, habelə şərhi ilə məşğul olan köməkçi tarix və filologiya fənni.
E. antik dövrə və qədim Şərqə marağın kəskin artması ilə əlaqədar İntibah dövründə yaranıb, onun elmi metodları isə XVIII–XIX əsrlərdə formalaşıb. Ədəbiyyatda qədim kitabələr epiqrafik abidələr adlanır. Bu abidələrin detallı tədqiqi, həmçinin yazının tarixinin öyrənilməsi isə E.-ya yaxın fənn olan paleoqrafiyanın vəzifəsidir.
Tarix terminləri lüğəti