alm. energetik < yun. energeia – fəaliyyət
1. Müxtəlif növ enerji resurslarının emalı, bölüşdürülməsi, istehlakçıya çatdırılması və istifadəsinə xidmət edən təbii və süni sistemlərin, iqtisadiyyat sahələrinin məcmusu.
Buraya elektroenergetika, neft-qaz istehsalı, kömür sənayesi və s. bu kimi çoxsaylı sahələr daxildir. E. insanların iqtisadi-təsərrüfat fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Ənənəvi E.-ya istilik enerjisi, hidroenerji, nüvə enerjisinin istehsalı kimi, qeyri-ənənəvi E.-ya isə günəş, külək, geotermal enerjinin istehsalı kimi sahələr daxildir.
2. Enerji resurslarının emalı, bölüşdürülməsi, istehlakçıya çatdırılması və istifadəsinə xidmət edən təbii və süni sistemləri öyrənən elm sahəsi.
See also:
Coğrafiya terminləri lüğəti