Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

eşitmək [etməx'] feil

1. Hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək. O biri otaqdan səs eşitmək. Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar. (Atalar sözü). Deməsən, eşitməzsən. (Atalar sözü).
2. Dinləmək, qulaq asmaq, fikir vermək. İt dəvəyə hürər, dəvə eşitməz. (Atalar sözü).
3. Xəbərdar olmaq, xəbər almaq, xəbər tutmaq, məlumat əldə etmək, agah olmaq, bilmək. Gördüyünü qoyub, eşitdiyindən danışma. (Atalar sözü).
4. Sözə baxmaq, əməl etmək, nəsihət qəbul etmək. Qulaq iki, dil birdir: bir söylə iki eşit. (Atalar sözü). Qızım, sənə deyirəm, gəlinim, sən eşit.

See also:

frazeologizm: ağız deyəni qulaq eşitmir frazeologizm: bir can deyib min can eşitmək frazeologizm: can deyib can eşitmək frazeologizm: çox deyib az eşitmək frazeologizm: xoruz səsi eşitməmiş frazeologizm: qızım, sənə deyirəm, gəlinim, sən eşit frazeologizm: özü deyib özü eşitmək frazeologizm: söz eşitməmək Azərbaycan dilinin izahlı lüğəti