Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

drumlin

irl. droumlin – yüksəklik

Qədim buzlaşma sahələrində moren çöküntüləri ilə örtülmüş uzunsov, yaxud ellips formasında təpə.

D.-in hündürlüyü 5-50 metr, uzunluğu bir neçə yüz metrdən 2,5 km-ə qədər və daha çox, eni 150-400 metr olur. D.-lər, adətən, buzlaşma sahəsinin kənar (yan) hissəsində əmələ gəlir və buzlağın hərəkət istiqamətində uzanır. Onların yaranma səbəblərinə dair müxtəlif fərziyyələr var. D. landşaftı Şərqi Avropanın şimalında, Finlandiya və Kanadada geniş yayılıb.

Coğrafiya terminləri lüğəti