1. Canlandırmaq, həyata qaytarmaq, yenidən enerji və qüvvət vermək, ruhlandırmaq. □ Orqanizmi diriltmək. Bu su məni diriltdi.
2. Dini-mistik təsəvvürlərdə ölü halından canlı – diri hala gətirmək, can vermək. □ Ana, deyirlər, bu gələn qonağımız ölüləri dirildir. (C.Məmmədquluzadə).
3. Məcazi mənada: göz qabağına gətirmək, göz önündə canlandırmaq. □ Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. (M.Rahim).
4. Məcazi mənada: unudulmuş, xatirədən silinmiş, tərk edilmiş bir şeyi yenidən bərpa etmək; dirçəltmək.