1. Hərə bir tərəfdən didmək.
2. Məcazi mənada: incitmək, əziyyət vermək, dinc qoymamaq. □ Yapışıb əllərilə başının saçlarından; Didişdirir yun kimi, beyninə sıçrayır qan. (S.Vurğun).
3. Dartışdırmaq. □ Həmzə Zeynalın səsindən ürkərək, çal bığını didişdirməyə başladı. (Ə.Əbülhəsən).
4. Bir-birini rahatsız etmək, bir-birinə macal verməmək. □ Onlar bir-birini didişdirirdilər.