Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

darğa [darğa] isim monqol

1. Tarix. Şəhər, qəza, mahal, ya vilayət hakimi. □ Bir kənddə iki darğa olmaz. (Atalar sözü).
2. Tarix. Vergi yığmaq üçün hakim, hökmdar, xan və b. tərəfindən kəndə göndərilən məmur. □ Buyur, mirzə, aparıb kənddə verərsən darğaya. (Ə.Haqverdiyev).
3. Tarix. Bazar keşikçilərinin başçısı. □ Sübh olunca gecələr darğa kimi; Yatmayır, qır-qır edir qarğa kimi. (M.Ə.Sabir).
4. Məcazi mənada: özünü böyük sayan, heç kəs tərəfindən vəkil edilmədiyi halda özünü vəkil kimi aparan adam haqqında.

Həmçinin bax:

frazeologizm: evində yox urvalıq, könlündən keçir darğalıq Azərbaycan dilinin izahlı lüğəti