1. Coğrafiya. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi. □ Qafqaz dağları. Dağ dağa rast gəlməz, adam adama rast gələr. (Atalar sözü)
2. Yaylaq, dağüstü düzənlik; “aran” qarşılığı olaraq uca yer, dağlıq yer. □ Bir qədər çaydan uzaq; Od qalamış dağda çoban. (A.Səhhət)
3. Məcazi mənada: çox möhkəm, əzəmətli, sarsılmaz şey haqqında. □ Bənzərəm bir qocaman dağa ki dəryada durar. (M.Ə.Sabir)
4. Məcazi mənada: çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman “kimi” qoşması ilə birlikdə işlənir). □ Kitablar dağ kimi yığılmışdır.
1. Damğa, qızdırılmış dəmirlə qoyulmuş iz.
2. Sifət kimi: qaynamaqda olan, qaynar. □ Saleh dağ sudan çaynikə alıb, onu çalxadı. (M.İbrahimov)
3. Məcazi mənada: ağır dərd, qəm, kədər, qüssə, ürək yarası; şiddətli təsir. □ Ayrılıq dağı. Övlad dağı.
See also: