Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dəlmək [dəlməx'] feil

1. Bir şeylə deşmək, dəlik açmaq, oymaq; deşib keçmək, dəlib keçmək. □ Taxtanı dəlmək. Dəmiri dəlmək. Güllə torpaq barını dəldi.
2. Məcazi mənada: deşib keçmək, dəlib keçmək. □ Ara-sıra günəş işıqları ...göy qübbəsini dəlirdi. (M.İbrahimov).
3. Məcazi mənada: “bağrını”, “ürəyini”, “canını” sözləri ilə – mənən incitmək, ruhən əziyyət vermək. □ Zalım oğlu onu qoyub nişana; Dəlib ürəyini, boyayıb qana. (Aşıq Ələsgər).

See also:

frazeologizm: bağrını dəlmək frazeologizm: bir barmaq qatıqdan ötrü tuluğu dəlmək frazeologizm: qulağı darı dəlmək frazeologizm: siçan olmamış dağarcıq dəlir frazeologizm: ürəyini dəlmək Azərbaycan dilinin izahlı lüğəti