1. İki ip və s.-nin bir-birinə bağlanmasından əmələ gələn yumru ilmək yeri, habelə ipin özünün ilmək halına salınmış yeri. □ İpin düyününü açmaq.
2. Ağac, kol budağının gövdəyə, yaxud yarpağın zoğa birləşdiyi yer. □ Ağacın düyünləri. Taxtada çox düyün var, rəndələmək çətindir.
3. Məcazi mənada: ilişik, həlli çətin məsələ, zor iş, dolaşıqlıq.
4. Məcazi mənada: dərd, kədər, qəm, ürək acısı. □ Dəsmalın ağdı məndə; Güllüdü, ağdı məndə; Yar, sənin bir “yox” sözün; Düyündü, dağdı məndə. (Bayatı).
Toy, şənlik. □ Bayraməlisiz toy olmaz, Qənbərsiz düyün. (Atalar sözü).
See also: