1. Əziyyət vermək, yaxud cəzalandırmaq üçün birini əl, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək. □ Bəyin Camalı döydüyünü görən kəndlilər tökülüb gəldilər... (Ə.Abasov).
2. Çəkicin zərbi ilə müəyyən şəklə salmaq. □ Dəmiri döymək.
3. Döyüb yayma üsulu ilə misdən, dəmirdən və s.-dən bir şey hazırlamaq. □ Qazan döymək. Tava döymək. Nal döymək.
4. Bir şeyi bir şeylə vuraraq səs çıxarmaq, taqqıldatmaq. □ Darvazanı döymək.
5. Dialekt. Vurmaq, döyəcləmək, çarpmaq. □ Dalğalar sahil qayalarını döyür.
6. Bir müddət bir şeyi başqa bir şeyə üsulluca vurmaq, toxundurmaq. □ Sədr yenə də göy qələmlə masanı döyüb dedi... (Ə.Vəliyev).
7. Müxtəlif alətlərlə biçilmiş taxılı, dəni sünbüldən ayırmaq. □ Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. (Ə.Haqverdiyev).
8. Üyütmək, narın hala salmaq. □ İstiot döymək.
9. Qiymə etmək, qiymə halına salmaq (qiyməkeş və s. ilə). □ Ət döymək.
10. Məcazi mənada: məğlub etmək, əzişdirmək, əzmək. □ Düşməni yaxşıca döydük.
11. Müəyyən üsulla bədənə bir maddə yeritmək.
12. Dialekt. Etmək. □ Mərdan qiymət davası döymürdü. (Mir Cəlal).
13. Arası kəsilmədən vurmaq, bombalamaq; topa tutmaq, gülləyə basmaq. □ Toplarımız düşmən səngərlərini döyürdü.
See also: