be

Axtarış nəticələri

881

beşatılan

beşatılan sözünün izahı. beşatılan sözünün mənası

Xəzinəsi beş patron tutan tüfəng. □ ..evin küncündə qara tumac qoburda olan sarı qundaq beşatılanı çıxartdı. (S.Rəhimov)....    Ətraflı

882

beşaylıq

beşaylıq sözünün izahı. beşaylıq sözünün mənası

1. Beş ay üçün düzəldilmiş, beş aylıq müddət nəzərdə tutulmuş, yaxud beş ay ərzində olmuş. □ Beşaylıq məlumat. Beşaylıq kurs.
2. Yaşı beş ay olan....    Ətraflı

883

beşbarmaq

beşbarmaq sözünün izahı. beşbarmaq sözünün mənası

1. Barmaqlara taxılaraq, əl içində sıxılıb tutulan metal barmaqlıq şəklində silah.
2. Şana, beşdişli yaba....    Ətraflı

884

beşbarmaq

beşbarmaq sözünün mənşəyi, beşbarmaq sözünün etimologiyası

Xörək adıdır, ləzzətli olduğundan adam barmağının beşini də yala­malı olur. Adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

885

beşbaşlı

beşbaşlı sözünün izahı. beşbaşlı sözünün mənası

Beş başı, beş ucu, beş tini, beş təpəsi olan. □ Beşbaşlı dağ....    Ətraflı

886

beşbetər

beşbetər sözünün izahı. beşbetər sözünün mənası

Daha pis, ən pis, çox pis. □ Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıldan kasıbsan ha! (M.Hüseyn)...    Ətraflı

887

beşbetər

beşbetər sözünün mənşəyi, beşbetər sözünün etimologiyası

Bir ehtimala görə, bu söz beş və bedtər (pis) kəlmələrindən əmələ gəlib. Hərfi mənası “5 dəfə pis” deməkdir. Birinci komponent (beş) öz sözü­müz­dür (O.Süleymenov beş sözünü Hind–Avropa mənşəli hesab edir), ikinci isə farscadır (bəd və təhər). Bəs niyə altıbetər yox, məhz beşbetər olub? Burada be...    Ətraflı

889

beşbir

beşbir sözünün izahı. beşbir sözünün mənası

Beş-beş. □ Adamlar dəstə-dəstə, üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. (M.İbrahimov)....    Ətraflı

890

beşbucaqlı

beşbucaqlı sözünün izahı. beşbucaqlı sözünün mənası

1. Beş bucağı olan. □ Beşbucaqlı fiqur.
2. İsim kimi: beş bucağı olan həndəsi cisim, beşkünclü cisim....    Ətraflı

891

beşcə

beşcə sözünün izahı. beşcə sözünün mənası

Ancaq beş, yalnız beş. □ Beşcə manat pul. Beşcə varaq kağız....    Ətraflı

892

beşcərgəli

beşcərgəli sözünün izahı. beşcərgəli sözünün mənası

1. Beş sıra ilə əkilən. □ Beşcərgəli əkin.
2. Beş sırası olan. □ Beşcərgəli qarmon....    Ətraflı

893

beşdaş

beşdaş sözünün izahı. beşdaş sözünün mənası

Xırda daşlarla oynanan bir oyun adı. □ Beşdaş oynamaq....    Ətraflı

894

beşdaş

beşdaş sözünün mənşəyi, beşdaş sözünün etimologiyası

Uşaq oyununun adıdır. Beş daşdan ibarət olur. Adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

895

beşdaş

Beş xırda daşla oynanılan uşaq oyunu adı. □ Beşdaş oynemegdən bormağımuzun başı yara olıb (Bakı); A qızlar, gəlin gedəx' beşdaş oynuyax (Bərdə); Uşax kimi beşdaş oynuyur yekə kişi (Şuşa)....    Ətraflı

896

beşdə alacağı yox, üçdə verəcəyi

beşdə alacağı yox, üçdə verəcəyi frazeoloji birləşməsinin mənası. beşdə alacağı yox, üçdə verəcəyi idiomunun izahı

dərdsiz, qayğısız, heç nəyə görə məsuliyyət daşımayan bivec, səhlənkar adam haqqında işlədilən ifadə....    Ətraflı

897

beşdəməx'

Kef çəkmək, gəzmək. □ Gözəl beşde:r indi kətdə....    Ətraflı

899

beşəlli tutmaq (yapışmaq)

beşəlli tutmaq (yapışmaq) frazeoloji birləşməsinin mənası. beşəlli tutmaq (yapışmaq) idiomunun izahı

bax: ikiəlli tutmaq....    Ətraflı

900

beşəncərə

Zarafatcıl, lağlağıçı. □ Nə beşəncərə adamsan elə hamıya gülürsən....    Ətraflı