1. İlin qış, yay arasında olan fəsli; yaz. □ Bahar ayları. Bahar yağışı. Bir buludnan payız olmaz, bir gül ilə bahar. (Atalar sözü). İl baharından bilinər. (Atalar sözü)
2. Məcazi mənada: gənclik; gəncliyin dadlı xəyal və arzularla dolu olan dövrünə işarədir. □ Ömrünün bahar çağında. Cavanlıq ömrün baharıdır. (Atalar sözü)
3. Məcazi mənada: yaz havasını xatırladan, yumşaq, ilıq, açıq, mülayim hava haqqında. □ Bayırda lap bahardır.
Həmçinin bax: