1. Başı olmayan. □ Başsız bədən.
2. Məcazi mənada: ağılsız, gic, axmaq; çox huşsuz.
3. Böyüksüz, sahibsiz, yiyəsiz, baxıcısız, nəzarətsiz, başçısı olmayan. □ Başsız təsərrüfat. Başsız uşaq.
4. Zərf kimi: böyüksüz, sahibsiz, yiyəsiz, baxıcısız, nəzarətsiz, başçısı olmayan. □ Başsız qalmaq. Başsız qoymaq.
5. Azğın, önüalınmaz, qabağıalınmaz. □ Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. (Z.Xəlil)
See also: