1. Kiçik bağ, həyət bağı. □ Evin bağçası. Bağçamızda gül bitdi; Lalə bitdi, gül bitdi; Vətəndə bir bağ saldıq; Hər nə əkdik, gül bitdi. (Atalar sözü)
2. Məcazi mənada: güllük, çiçəklik. □ Bu otağın pəncərələri .. qarşıdakı qızılgül bağçasına açılırdı. (S.Rəhimov)
Məktəb yaşına çatmamış uşaqlar üçün tərbiyə, əyləncə müəssisəsi (“uşaq bağçası” şəklində də işlənir). □ Uşağı bağçaya verdim.
Azərbaycan dilinin izahlı lüğəti