Reklam
Reklam

Tarix terminləri lüğəti

bəy

1. Qədim türklərdə qəbilə-tayfa münasibətlərinin hökmranlığı dövründə ayrı-ayrı soyların başçılarına, daha sonralar isə əyanlara verilən fəxri titul.

Orxon-Yenisey abidələrində (VIII əsr) B. sözü qəbilə başçısı anlamında işlədilib. Söz bir sıra başqa dillərə də keçərək Yaxın və Orta Şərq xalqları arasında geniş yayılıb; bey, bay, biy, bek formasında işlədilir.

2. Yeni dövrdə Azərbaycan və Mərkəzi Asiyanın türk xalqlarında torpaq sahiblərinə verilən titul.

3. Türkiyədə, habelə XIX əsrin II yarısından başlayaraq Azərbaycanda kişilərə qarşı nəzakətli müraciət forması.

4. 1705–1957-ci illərdə Tunisin irsi hakimlərinin daşıdığı ad.

Tarix terminləri lüğəti