1. Özünü bir şeylə bürümək; örtünmək. □ Şala bürünmək.
2. Əhatə olunmaq, dövrələnmək, araya alınmaq. □ Ana baxır: izdihamla bürünmüşdür dörd yanı; Milyon-milyon əl uzanıb; Dağıtmaqçın qara mənfur zindanı. (R.Rza).
3. Qaplanmaq, çulğalanmaq, örtülmək (bəzən obrazlı təşbehlərdə də işlənir). □ Qarlı dağlar dumanlara bürünür. (A.Səhhət).