ay

Axtarış nəticələri

161

ayaqlı təcnis

Aşıq şeirində təcnis janrının şəkillərindən biri. □ Ayaqlı təcnisin hər bəndinin axırında ölçüsünə görə o biri misralardan qısa (qırıq, yarımçıq) misra gəlir ki, bəndin məzmununu tamamlayan bu misraya ayaq deyilir:
Aşıq gərək bu meydanda bir qala,...    Ətraflı

162

ayaqlıq

ayaqlıq sözünün izahı. ayaqlıq sözünün mənası

1. Dikinə duran və ya qoyulan şeylərin dayanacağı. □ Nərdivanın ayaqlığı. Heykəlin ayaqlığı. Sütunun ayaqlığı.
2. Ayaqqabının üzü. □ Tuflinin ayaql...    Ətraflı

163

ayaqlu

Ayağı olan, ayaqlı. (“Kitabi-Dədə Qorqud” leksikası)...    Ətraflı

164

ayaqlular

İnsanlar, adamlar. (“Kitabi-Dədə Qorqud” leksikası)...    Ətraflı

165

ayaqqabı

ayaqqabı sözünün izahı. ayaqqabı sözünün mənası

Ayağa geyilən şey. □ Rezin ayaqqabı. Ayaqqabı mağazası. Ayaqqabı fabriki....    Ətraflı

166

ayaqqabıçı

ayaqqabıçı sözünün izahı. ayaqqabıçı sözünün mənası

Çəkməçi, ayaqqabı tikən, ya yamayan usta....    Ətraflı

167

ayaqseyri

ayaqseyri sözünün izahı. ayaqseyri sözünün mənası

Əylənmək və ya istirahət üçün yaxın yerlərə ayaqla səyahət. □ Ayaqseyrinə çıxmaq....    Ətraflı

168

ayaqsız

ayaqsız sözünün izahı. ayaqsız sözünün mənası

Ayağı olmayan, qıçsız. □ Ayaqsız adam. Ayaqsız taxt....    Ətraflı

169

ayaqüstü

ayaqüstü sözünün izahı. ayaqüstü sözünün mənası

1. Tələsik, oturmadan, ötəri, ayaq üstündə. □ Ayaqüstü yemək. Ayaqüstü işləmək. Ayaqüstü xəstəyə baş çəkdim.
2. Məclisdə, qonaqlıqda və s.-də ayaqü...    Ətraflı

170

ayaqüstülük

ayaqüstülük sözünün izahı. ayaqüstülük sözünün mənası

Məclisdə, qonaqlıqda və s.-də qonaqlara xidmət etmə. □ Ayaqüstülük etmək....    Ətraflı

171

ayaqyalın

ayaqyalın sözünün izahı. ayaqyalın sözünün mənası

1. Yalınayaq, ayağı çılpaq, ayağında heç bir şey olmayan. □ O, qışda da ayayalın gəzirdi.
2. Məcazi mənada: lüt, yoxsul, heç bir şeyi olmayan....    Ətraflı

172

ayaqyalın

ayaqyalın sözünün mənşəyi, ayaqyalın sözünün etimologiyası

Əliyalın sözü də var. Yalın “olmayan” (lüt) deməkdir. Ayaqyalın “ayağın­da geyim olmayan”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

173

ayaqyalın qoymaq

ayaqyalın qoymaq frazeoloji birləşməsinin mənası. ayaqyalın qoymaq idiomunun izahı

var-yoxunu əlindən almaq; ~ lüt qoymaq, əliyalın qoymaq....    Ətraflı

174

ayaqyeri

ayaqyeri sözünün izahı. ayaqyeri sözünün mənası

1. Quyuya düşmək üçün divarlarında ayaq keçirməkdən ötrü açılan oyuq.
2. Faytonda, karetdə və s.-də minmək üçün düzəldilmiş ayaq yeri....    Ətraflı

175

ayaqyolu

ayaqyolu sözünün izahı. ayaqyolu sözünün mənası

Təbii ehtiyacları rəf etmək üçün yer; abdəstxana, rahatxana....    Ətraflı

176

ayaqyolu

ayaqyolu sözünün mənşəyi, ayaqyolu sözünün etimologiyası

Bu, “cığır” mənasında işlədilən sözdür. Tualetə də deyirlər. Kənd yer­lərində tarixən tualet evdən bir qədər aralıda tikildiyindən ora yalnız ayaqla gedirlər. Söz də buradan yaranıb. Bu sözün əvəzinə, bəzən şahların piyada getdiyi yol ifadəsi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

177

ayar

ayar sözünün izahı. ayar sözünün mənası

1. Barama, pambıq və s. bu kimi xam mallardan əldə edilən xalis malın miqdarı.
2. Hiyləbaz, kələkbaz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı....    Ətraflı

178

ayar

ayar sözünün mənşəyi, ayar sözünün etimologiyası

Ərəbcə “yazıq” deməkdir, əyyar kimi də işlədilir və “bic” mənası da var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

179

ayar 1

Ürəyiaçıq, gülərüzlü. □ Mənim ayar adama xoşum var....    Ətraflı

ayar 2

Tez seçən, müəyyənləşdirən. □ Sə:n gözün ayardı, bı neçə kilov olar? (Cəbrayıl)....    Ətraflı

ayar 3

Məhsuldar. □ Qurda yaxşı baxıllar, doydurullar, onda ayar olur....    Ətraflı

180

ayarbaz

Zarafatcıl. □ Ayarbaz adam adamı güldürər (Bərdə)....    Ətraflı