Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

axıtmaq [axıtmax] feil

1. Axmasına səbəb olmaq. □ Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq.
2. Tökmək. □ Axıtdım alnımın inci tərini; Yanmadım ömrümün iki ilinə. (S.Vurğun).
3. Məcazi mənada: çoxlu miqdarda və ardı-arası kəsilmədən göndərmək, yollamaq. □ Hər beşdə, üçdə etdi, hər səmtə bir səyahət; Hər bir səyahətində, seltək axıtdı sərvət (M.Ə.Sabir).
4. Axar su ilə göndərmək. □ Çayla ağac axıtmaq.
5. Məcazi mənada: süzmək, baxmaq. □ Bir qədər qabağa gəlib qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb (C.Məmmədquluzadə).

See also:

frazeologizm: ağzının suyunu axıtmaq frazeologizm: burnunun suyunu axıtmaq frazeologizm: çayaşağı axıdıb çayyuxarı axtarmaq frazeologizm: gözünün qorasını axıtmaq frazeologizm: gözünün zılığını axıtmaq frazeologizm: qan axıtmaq frazeologizm: qan-yaş axıtmaq frazeologizm: pulu su yerinə axıtmaq Azərbaycan dilinin izahlı lüğəti