fr. arcose
Əsasən, çölşpatı, kvars, qismən də mika və süxur qırıntılarından ibarət, az yuvarlaq, kobud dənəli qum və qumdaşı.
Qneys və qranitin parçalanma məhsuludur. Rəngi çəhrayı, qırmızı və s. olur. Geosinklinal sahələr üçün xarakterikdir. Platformalarda nadir hallarda təsadüf edilir.
Coğrafiya terminləri lüğəti