1. İri şəhərin təsir dairəsinə cəlb olunaraq onunla sıx sosial-iqtisadi əlaqələr qurmuş nisbətən kiçik və bir-birinə yaxın yaşayış məntəqələrinin toplusu.
Monosentrik (əsasən, bir böyük şəhər ətrafında toplanma) və polisentrik (bir neçə böyük şəhər ətrafında birləşmə) A.-lar mövcuddur. Avropa və Şimali Amerikada A.-lar XIX əsrin ortalarında yaranıb. XX əsrin ikinci yarısından etibarən isə A.-lar daha çox inkişaf etməkdə olan ölkələrdə (İEOÖ), xüsusilə Latın Amerikasında, Çində və Hindistanda formalaşır. Dünyanın ən böyük şəhər A.-larına Tokio, Pekin, Şanxay, Honkonq, Mumbay, Cakarta, Banqkok, Moskva, İstanbul, Paris, Mexiko, Nyu-York, San-Paulu, Rio-de-Janeyro, Buenos-Ayres, Los-Anceles və s. aiddir.
2. Filiz qırıntılarının və tərkibində metal olan tullantıların termik emal prosesində birləşərək külçə əmələ gətirməsi.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti