Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

anafora

yun. anaphora – dırmanma

Şeirdə misraların, nəsrdə isə cümlələrin əvvəlində eyni səs, söz və ya ifadələrin təkrarı.

Anafora fonetik, leksik və sintaktik xarakterli ola bilər.

Fonetik anafora (səslərin təkrarı):

Sənət aləmində kifayət imiş,

Sən demə, vicdansız, qansız “dahilik”. (X.R.Ulutürk) 

Leksik anafora (sözlərin təkrarı):

Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox,

Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox,

Sən elə bir yolçusan ki, məsləkindən dönməyin yox.

                                                                                  (X.R.Ulutürk) 

Sintaktik anafora (söz birləşmələri və cümlələrin təkrarı):

Mən düşmənəm sizin qan içində üzən təxtü-tacınıza! Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə duran hökm­ranlığınıza! (C.Cabbarlı).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti