Dağ süxurlarının torpaqəmələgətirmə prosesində iştirak edən üst qatı.
Bu qat bioloji və biokimyəvi proseslər nəticəsində, həmçinin insan fəaliyyətinin təsiri altında qismən torpağa çevrilir. A.S. bərk və aşınmış narın qırıntılardan ibarət olur. A.S.-un kimyəvi xassəsi, mineraloji və mexaniki tərkibi onun üzərində əmələ gələn torpağın xassəsinə və münbitliyinə böyük təsir göstərir.
Coğrafiya terminləri lüğəti