Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

albedo

lat. albedo – ağlıq

Yer səthinin (torpağın, suyun, qar və bitki örtüyünün və s.), buludların günəş radiasiyasını əksetdirmə qabiliyyəti.

Yer səthini təzə örtmüş qarın A.-su 80-90%-dir. Bu o deməkdir ki, təzə qar üzərinə düşən radiasiyanın 90%-ə qədərini geri qaytarır. Buludların üst səthinin A.-su 50-55%, qara torpağınkı – 15%, qumunku – 30%, yaşıl çəməninki – 25%, suyunku 5%-dir. Yer səthinin ümumi A.-su təqribən 40% təşkil edir.

Coğrafiya terminləri lüğəti