Kompüter proqramlarında müxtəlif əməliyyatları yerinə yetirmək üçün işlədilən alətlərin yerləşdiyi zolaq.
Bu alətlərin köməyi ilə verilənləri dəyişmək, rəsmlər çəkmək mümkündür. Alətlər zolağı, adətən, proqram pəncərəsinin solunda, yuxarı hissəsində və yaxud aşağısında yerləşir. Hər hansı aləti aktiv etmək üçün onun simgəsini seçmək lazımdır.