1. Alçaq etmək, boyunu qısaltmaq, hündürlüyünü azaltmaq; gödəltmək. □ Hasarı alçaltmaq. Pəncərə yerini alçaltmaq. Stolun qıçlarını alçaltmaq. Damı alçaltmaq.
2. Məcazi mənada: birinin vəzifəsini, rütbəsini aşağı salmaq, daha aşağı vəzifəyə keçirmək. □ Vəzifəsini alçaltmaq. Qulluğunu alçaltmaq.
3. Məcazi mənada: hörmətdən salmaq, heysiyyətini, mənliyini təhqir etmək. □ Özünü alçaltmaq.
4. Pisləşdirmək, xarablaşdırmaq, aşağı salmaq. □ Məhsulun keyfiyyətini alçaltmaq.
5. Azaltmaq, aşağı salmaq, zəiflətmək. □ Səsini alçaltmaq. Tonu alçaltmaq.