Zəhər; çox acı şey, zəqqum. □ Aşiqə vəfalı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır (M.P.Vaqif).
1. Qadınların ölü üstündə, yasda avazla söylədikləri yanıqlı sözlər. □ Evdəki ağı səsləri adamın ürəyini dağlayırdı.
2. Ədəbiyyatşünaslıq. Şifahi xalq şeirində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən şeir forması; edi.
Həmçinin bax: