Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

zümrüd

yun. smaragdos

Berilin şəffaf növü.

Cr2O3 qarışığının təsirindən tünd-yaşıl rəngdə olur. 2-5 x 0,5-2 sm, bəzən daha iri ölçülü çatlı kristallar əmələ gətirir. Ən iri yataqları amfibolitlərin, maqneziumlu şistlərin və serpentinitlərin qranitli peqmatitlərlə kontakt-dəyişilmə zonaları ilə əlaqədardır. Z. qiymətli daşların birinci sinfinə aiddir. Çəkisi 5 karatdan çox olan şəffaf və zədəsiz növləri almazdan da qiymətlidir.

Coğrafiya terminləri lüğəti