Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XURŞİD fars.

xur (əslində xor) və çid sözündən olub, dilimizdə günəş mənasındadır.

Qeyd etmək lazımdır ki, mənbə dildə həm xor, həm də şid günəş mənasındadır, başqa sözlə, iki sinonim sözün birləşməsi ilə yaranmış Xurşid də günəş anlamındadır. Azərbay- can antroponimikasında müştərək adlar sırasında olan Xurşid adı dilimizin əsas fonetik qanununa uyğunlaşdırılaraq daha çox Xurşud kimi işlənir. Xurşid sözünün şəxs adı kimi işlənməsində klassik ədəbiyyatın da təsiri az olmamışdır. Klassik ədəbiyyatda sevgiliyə çox zaman Xurçidim (günəşim) deyə müraciət edilmişdir, gözəlin üzünü tərif edərkən günəşə bənzətmək məqsədilə işlədilən xorçidvaç (fars dilində günəş üzlü) sözü də çox rast gəlinən ifadələrdəndir. Adın təhrif olunmuş formaları Xurşit, Xurşud, Xurşut da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti