Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

torpaqəmələgətirən amillər

Təbii mühit amilləri; torpaqşünaslığın çox mühüm bölməsi.

Ayrı-ayrı torpaqların mənşəyini dərk etməyə, kənd təsərrüfatında və meşəçilikdə torpaq proseslərini idarə etmək və onlardan səmərəli istifadə üçün əhəmiyyətlidir. Rus torpaqşünası Vasili Dokuçayev torpağa daim dəyişən 5 təbii amilin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii-tarixi cisim kimi baxmışdır. T.A.-ə ana süxur, iqlim, bitki və heyvanlar aləmi, relyef və torpağın yaşı aiddir. Müasir torpaqşünaslıqda insanın təsərrüfat fəaliyyəti də altıncı amil kimi T.A.-ə əlavə edilir. Torpaqları öyrəndikdə və aqronomik cəhətdən qiymətləndirdikdə T.A.-in birini ayrılıqda nəzərə almaq lazımdır.

Coğrafiya terminləri lüğəti