Feodal dövlətində kəndlinin feodaldan tam asılılığını şərtləndirən hüquq normalarının məcmusu.
T.H., ilk növbədə, kəndlinin öz pay torpağını tərk etməsini yasaqlayıb, yəni onu torpağa təhkim edib. Termin də buradan yaranıb. T.H. həmçinin kəndlini irsən feodalın inzibati və məhkəmə hakimiyyətinin tabeliyinə verib, onun daşınmaz əmlak əldə etmək hüququnu əlindən alıb. Bu hüquq Avropada VIII əsrdən bərqərar olub. Bəzi Avropa ölkələrində o hələ orta əsrlərdə ləğv edilsə də, digərlərində (məs.: Rusiyada) XIX əsrədək qüvvədə qalıb. Şərq ölkələrində, o cümlədən Azərbaycanda bəzi istisnalar nəzərə alınmasa, T.H. tətbiq olunmayıb.
See also:
Tarix terminləri lüğəti