Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

TÜRKAN

azərb. türkan türklərin məskəni, türklərin yaşadığı yer, ölkə, həmçinin şah xanımı, məlikə, şahzadə, gözəl qadın mənasındadır.

Türkan qadın adı sözün gözəl xanım, şahzadə mənaları ilə əlaqədardır. Azərbaycan məişətinə Türkan qadın adı XX əsrin 70-ci illərindən daxil olmuşdur. Azərbaycanda türk filmlərinin nümayişi və orada çox istedadlı və yaraşıqlı aktyor Türkan Şorayın ifası kimi, adı da çox sevilmiş, məişətimizə daxil olmuşdu. Azərbaycanda bu gün də Türkan dəbdə olan qadın adlarındandır. Adın sonuna, -a şəkilçisi artırılmaqla Türkanə variantı da yaranmışdır. Türkan adının təhrif olunmuş Türkən forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti