Hökmdarların və saray əyanlarının sifarişi ilə yazılmış əsərlər məcmusu.
Bu əsərlərdə daha çox hökmdarların və yüksəkvəzifəli şəxslərin tərifinə, onların həyatından bəhs edən mövzulara yer verilirdi. Sarayda cəm olan ədiblərin başçısına məliküş-şüəra deyilirdi. Saray ədəbiyyatının ən geniş yayılmış janrı qəsidə (xüsusilə fəxriyyə) idi. Saray ədəbiyyatına daxil olan süjetli əsərlərin əsas qəhrəmanları hökmdar, şahzadələr və əyanlar olurdu. Q.Təbrizi, Ə.Xaqani, M.Gəncəvi, Ə.Gəncəvi, M.Beyləqani, Ş.Q.Ənvar, B.Şirvani və b. Azərbaycan saray ədəbiyyatının nümayəndələri idi. Azərbaycan ədəbiyyatında saray ədəbiyyatı ənənələri XVI-XVII əsrlərə qədər davam edib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti