Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SURƏ

ərəb. sura sözündən olub, dilimizə tərcümədə dərəcə, yüksək rütbə, şərəf, gözəl bina anlamlarına gəlir.

Bir termin olaraq surə müqəddəs kitab “Quran”ın ən azı üç ayədən meydana gələn bölmələrindən, yaxud bölündüyü 114 fəsildən hər birinin adıdır. İslam dininə görə, bunlardan 86 surə (“Ey insanlar”, deyə başlayan surələr) Məkkədə Hicrətdən öncə, 28 surə (“Ey iman gətirənlər”, deyə başlayan surələr) isə Hicrətdən sonra Mədinədə nazil olmuşdur. XX əsrdə məişətimizdə geniş yayılmış adlardan olan Surə bu gün müşahidəediləcək dərəcədə azalmaqdadır. Adın dilimizin ahəng qanununa uyğun Sura forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında müstəqil Sura adı ilə yanaşı, tərkibində adın iştirak etdiyi mürəkkəb qadın adları da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti