Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SAYALI

fars. saya sözündəndir. Dilimizə tərcümədə qoruma, hifz etmə, mühafizə, eləcə də kölgə, yardım, səbəb (hər üç söz himaya mənasındadır) və s. yaxın mənaları ifadə edir.

Sayalı (bax: – LI4 qadın adındakı -şəkilçisi dilimizdə məhsuldar şəkilçilərdəndir. Məlum olduğu kimi, dilimizdə alınma sözlərin, xüsusilə də ərəb və fars sözlərinin müəyyən qismi düşdüyü yeni mühitdə, Azərbaycan sözlərinin və bu sözlərə aid fonetik qaydaların təsiri altında öz xüsusiyyətlərini itirərək, dilimizin sözlərindən seçilməyən bir şəklə düşmüşdür. Bununla belə, həm fars, həm də ərəb dillərindən gələn sözlər məxsus olduqları dillərdə mövcud fonetik xüsusiyyətləri də müəyyən dərəcədə qoruyub saxlamağa müvəffəq olmuşdur. Dilimizdə mövcud alınma sözlərdən bir hissəsi bu gün, məlum olduğu kimi, öz əvvəlki mənasından qismən ayrılaraq məcazi mənada işlənir. Müasir Azərbaycan dilində fars mənşəli Sayalı sözü də bu qəbildən olan alınma sözlərə aiddir. Uzun müddətdir ki, sayalı sözü dilimizdə yalnız məcazi mənada işlənərək düşərli, yüngül qədəmi, uğurlu, düşərli ayağı olan mənalarını ifadə edir. Artıq müasir Azərbaycan dilində ümumişlək sözlər sırasında olmayan, bu gün, əsasən, dialektlərdə yaşayan sayalı sözü də, sayalı, uğurlu olmaq; ayağı, ali sayalı olsun və s. kimi ümumişlək ifadələrin tərkibində mövcuddur. Qeyd etmək lazımdır ki, dilimizin şəxs adları sistemində mövcud Sayalı qadın adı sözün ifadə etdiyi mənasına görə, Azərbaycan antroponimikasında alqış məzmunlu şəxs adlarındandır. Ailədə yaxınları, əzizləri, valideynlər dünyaya göz açmış qız övlada Sayalı adını verməklə ayağı sayalı olsun, xoş qədəmli olsun, yəni ailəyə düşərli olsun kimi arzularını ifadə edirlər. Adın təhrif olunmuş forması Səyalı da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti