Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qeyzer

isl. geyzer – fışqırmaq

Təbii surətdə dövri olaraq qaynar su və buxar püskürən isti bulaq.

Q.-lərin yaranmasına Yerin müəyyən dərinliklərində laylararası su ilə dolu hövzələrin formalaşması səbəb olur. Hövzənin alt hissəsində bu su +126-127°-dək qızdıqdan sonra buxar ayrılmağa başlayır və hövzənin üst hissəsində də suyu qaynadır. Artan təzyiq nəticəsində buxar və suyun bir hissəsi şaquli kanalla Yer səthinə püskürdülür, təzyiq zəifləyir, yenidən yüksəldikdə isə həmin proses təkrar olunur. Planetdə ən çox Q.-lər Kamçatka, ABŞ, İslandiya və Yeni Zelandiyadadır.

Coğrafiya terminləri lüğəti