Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QADİR

ərəb. qadir sözündən olub, dilimizdə qüdrətli, böyük, qüdrət və qüvvət sahibi olan, bir şeyi etməyə qüvvəsi və qüdrəti olan mənasındadır.

Dilimizdə ümumişlək sözlərdəndir. Allahın məlum 99 adındandır (əl-Qadir). Qadir kişi adı Tanrının adı ilə əlaqədar olub, yaratmağa qadir, yaradan, bir sözlə, hər şeyə qadir olan Allah, Tanrı mənasındadır. Şərqdə geniş yayılmış adlardandır. Türkiyə türklərində Qadir antroponimi Kadir şəklindədir, lüğətlərdə möhkəm, mətin, sərt mənasında izah edilir, çox geniş yayılmış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti