lat. pacificus < pacifier – əmin-əmanlıq yaradan, sülh gətirən
Müharibələrdən, militarizm və zorakılıqdan birdəfəlik imtinaya çağıran siyasi cərəyan, baxışlar sistemi.
XIX əsrin 30-cu illərində Böyük Britaniya və ABŞ-da yaranan P. həmin əsrin sonlarından bütün dünyada geniş vüsət almağa başlayıb. P. hərəkatı tərəfdarlarının konqresləri müharibələrin qadağan olunması və hamılıqla tərk-silahın həyata keçirilməsi təklifi ilə dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edib.
Tarix terminləri lüğəti