İnsanların ovçuluq və yığıcılıq kimi primitiv iqtisadiyyatdan əkinçilik və maldarlığa əsaslanan kənd təsərrüfatına keçidi.
Bu termin ilk dəfə XX əsrin ortalarında ingilis arxeoloqu Qordon Çayld tərəfindən təklif olunub. N.İ. bəşər tarixinin inkişafında irəliyə doğru böyük sıçrayış mərhələsidir və təkcə mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidlə səciyyələnmir. N.İ. o cümlədən ilk şəhər məskənlərinin, sənətkarlığın, yazının və rasional biliklərin yaranmasına təkan verib. E.ə. IX-II minillikləri əhatə edən N.İ.-nın ən erkən mərkəzləri Yaxın Şərqdə yerləşib.
See also:
Tarix terminləri lüğəti